Bakı-2019: Azərbaycanın 5 güləşçisi finala vəsiqə qazanıb - YENİLƏNİB

Bakı-2019: Azərbaycanın 5 güləşçisi finala vəsiqə qazanıb - YENİLƏNİB Azərbaycanın 5 güləşçisi Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) finala vəsiqə qazanıb.
Avropa Oyunları
22 İyul , 2019 13:37
Bakı-2019: Azərbaycanın 5 güləşçisi finala vəsiqə qazanıb - YENİLƏNİB

Azərbaycanın 5 güləşçisi Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) finala vəsiqə qazanıb.

“Report”un məlumatına görə, sərbəst güləşdə 60 kq çəkidə çıxış edən Sabir Cəfərov həlledici görüşdə Fyodor Baltuevlə (Rusiya) qarşılaşacaq. Yunan-Romada 48 kq çəkidə yarışan Qurbanov Qurban Xviça Abuladze (Gürcüstan) üz-üzə gələcək. 60 kq çəkidə Həsrət Cəfərov Maqomed Qiqiyevlə (Rusiya) güləşəcək.

Qızların mübarizəsində 46 kq çəkidə çıxış edən Gültəkin Şirinova Georgiana-Lavinia Antuka (Rumıniya) ilə üz-üzə gələcək. 61 kq çəkidə yer alan Mərziyə Sadıqova isə Aurora Russo (İtaliya) ilə qarşılaşacaq.

Final görüşləri saat 16:00-da başlayacaq.

Qeyd edək ki, ilk yarış günüdə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb. Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) bürünc medal əldə edib.


12:48***

Azərbaycanın 4 güləşçisi Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) yarımfinala vəsiqə qazanıb.

“Report”un məlumatına görə, sərbəst güləşdə 60 kq çəkidə çıxış edən Sabir Cəfərov Marsel Deli (Macarıstan) və Anatoli Xranikanı (Belarus) məğlub edib. O, yarımfinalda bolqarıstanlı İvan Stoyanovla qarşılaşacaq. Yunan-Romada 48 kq çəkidə yarışan Qurbanov Qurban polşalı Kaçper Karaskieviç və türkiyəli Emin Çakırı üstələyib. O, yarımfinalda Maksim Stupakevlə (Belarus) güləşəcək.

60 kq çəkidə Donatas Rindeikis (Litva) və Mikita Muraşkanı (Belarus) udan Həsrət Cəfərovda yarımfianla çıxıb.

Qızların mübarizəsində 46 kq çəkidə yer alan Gültəkin Şirinova ardıcıllıqla Jutta Ala-Ranta (Finlandiya) və Tatyana Pertsavanı (Belarus) mübarizədən kənarlaşdırıb. O, yarımfinalda Fanni Viquro (Fransa) ilə üz-üzə gələcək.

61 kq çəkidə çıxış edən Mərziyə Sadıqova isə Manola Skobelska (Ukrayna) və Alina Kasabievadan (Rusiya) güclü olub. Onun yarımfianldakı rəqibi Elmas Çeliklə (Türkiyə) görüşəcək.

Qeyd edək ki, ilk yarış günüdə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb. Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) bürünc medal əldə edib.

Son xəbərlər

Orphus sistemi