"Bakı 2015": Rusiya millisi Almaniyaya qalib gəlib - YENİLƏNİB
- 19 iyun, 2015
- 12:34
Bakı. 19 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında su polosu yarışları davam edir. "Report"un məlumatına görə, bu gün 3 qarşılaşma baş tutub.
Slovakiya yığması Rumıniya ilə qarşılaşıb. Görüş rumınların 8:7 hesablı qələbəsi ilə başa çatıb. Monteneqro millisi isə Fransaya aman verməyib - 15:4. Üçüncü görüşdə Rusiya və Almaniya yığmaları qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün sonunda sevinən tərəf ruslar olub. Matç 16:9 hesabı ilə yekunlaşıb.
Digər oyunlarda isə Macarıstan İtaliya, İspaniya Xorvatiya, Yunanıstan isə Serbiya millisi ilə qarşılaşacaq.
saat 13:29
Bakı. 19 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında su polosu yarışları davam edir. "Report"un məlumatına görə, bu gün 6 qarşılaşma keçiriləcək.
Artıq onlardan biri - Slovakiya və Rumıniya komandalarının görüşü start götürüb.