Azərbaycanın daha 4 qılıncoynadanı "Bakı 2015"də mübarizəni dayandırıb - CANLI YAYIM
- 24 iyun, 2015
- 06:53
Bakı. 24 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında iştirak edən Azərbaycan qılıncoynadanlarından daha 4-ü yarışı başa vurub. "Report"un məlumatına görə, şpaqa növündə çıxış edən qılıncoynadanlar 1/16 final mərhələsinə yüksələ bilməyiblər.
A qrupunda mübarizə aparan Kənan Əliyev 6 döyüşdə 2 xal qazanaraq 6-cı pillədə qərarlaşıb. Bu da onun növbəti mərhələyə çıxmasına kifayət etməyib. Nəcəf Məhərrəmov və Vəkil Nəsibov müvafiq olaraq B və C qruplarının sonuncusu olaraq yarışlarla vidalaşıblar. E qrupunda mübarizə aparan Mehrab Həsənov isə 6 görüşün yalnız 1-dən qələbə ilə ayrıla bilib. Bu nəticə ilə M.Həsənov qrup mərhələsini 6-cı pillədə başa vuraraq "Bakı 2015"də mübarizəni dayandırıb.
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında qılıncoynatma yarışlarına iyunun 27-də yekun vurulacaq.
*** 09:10
"Bakı 2015" I Avropa Oyunlarında qılıncoynatma yarışları keçirilir. "Report"un məlumatına görə, bu gün Azərbaycan idmançılarından Kənan Əliyev, Nəcəf Məhərrəmov, Vəkil Nəsibov və Mehrab Həsənov iştirak edəcək.