​"Bakı 2015" daha 6 ölkə ilə yayım sazişi imzalayıb

​"Bakı 2015" daha 6 ölkə ilə yayım sazişi imzalayıb Onların arasında Mərkəzi Asiya ölkələri də var
Avropa Oyunları
1 May , 2015 15:43
​Bakı 2015 daha 6 ölkə ilə yayım sazişi imzalayıb

Bakı. 1 may. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının Avropa və Mərkəzi Asiyada nümayişini təmin edəcək sazişlərə imza atılıb. 

"Report"un məlumaıtna görə, "Bakı 2015" Hollandiyanın Olimpiya Oyunlarını yayımlamaq hüququna malik olan və ödənişsiz ictimai yayım şirkəti NOS, Çexiya televiziyası "DIGISport”, Oyunların eksklüziv yayım hüququna malik Avstriyanın ictimai yayım şirkəti ORF, Türkmənistanda və Özbəkistanda müstəsna televiziya hüquqları əldə etmiş Setanta Sports Eurasia ilə də yayımlanacaq.

Bundan başqa "Bakı 2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) Avropa Oyunlarının TV6 kanalında ödənişsiz yayımlanması üçün "Modern Times Group"un bir hissəsi olan TV6 kanalına lisenziya vermək barədə Litva Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq edir.

BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq Londonda “Dorchester” otelində "Bakı 2015" I Avropa Oyunlarının şərəfinə keçirilmiş və Azərbaycanın Birləşmiş Krallıqdakı səfirinin bu həftənin əvvəlində ev sahibliyi etdiyi gecədə 6 yeni yayım tərəfdaşları ilə imzalanmış sazişlərdən əlavə, Oyunları televiziya vasitəsilə izləyəcək auditoriyanın miqyası barədə də qısa məlumat verib. Bu sazişlərin Oyunlara Avropa və onun hüdudlarından kənarda göstərilən marağı əks etdirdiyini bildirən S.Kleqq yarışları Avropanın 32 ölkəsində cəmi 75% olmaqla, 225 milyondan çox ailənin izləyə biləcəyini deyib: "Dünyanın müxtəlif telekanalları ilə bağladığımız sazişlər ilk Avropa Oyunlarının həqiqətən beynəlxalq tamaşaçı kütləsi tərəfindən seyr ediləcəyinə zəmanət verir".

Qeyd edək ki, I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi