Bakı. 22 may. REPORT.AZ/ Bu gün "
Avarçəkmə yarışları üzrə ilkin mərhələ oyunlarında oturacaqlı yerlər üçün biletlərin qiyməti 1-3 manat, final oyunları üçün isə 1-5 manat arasında müəyyənləşdirilib. Yaşı 16-dan aşağı olan yeniyetmələr və uşaqlar isə bütün idman yarışlarına biletsiz buraxılacaqlar.
Yeni açılmış bilet satışı məntəqəsi ilə bağlı fikirlərini bildirən "Bakı 2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Mingəçevir sakinlərinin gələn ay burada keçiriləcək avarçəkmə yarışlarına bilet ala biləcəklərini deyib. Onun sözlərinə görə, şəhərdə xüsusi bilet satışı məntəqəsinin olması, I Avropa Oyunlarını Azərbaycan xalqı üçün mümkün qədər çox əlçatan etmək vədindən irəli gəlir: "Beləliklə, onlar ölkədə gerçəkləşən möhtəşəm və tarixi idman bayramından zövq ala biləcəklər”.
Mingəçevir Dram Teatrının kassası M.Füzuli küçəsi 29 ünvanında yerləşir və həftənin yeddi günü səhər saat 10:00-dan axşam saat 18:00-dək açıq olacaq.
Qeyd edək ki, I Avropa Oyunlarında avarçəkmə yarışları 14-16 iyun tarixlərində keçiriləcək.