Bu gün l Avropa Oyunlarında iştirak etmək üçün daha 494 idmançı Bakıya gəlir

Avropa Oyunları
  • 14 iyun, 2015
  • 06:23
Bu gün l Avropa Oyunlarında iştirak etmək üçün daha 494 idmançı Bakıya gəlir

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" l Avropa Oyunlarında iştirak etmək üçün daha 494 idmançı Bakıya gəlir. “Report” xəbər verir ki, bunu mətbuat konfransında l Avropa Oyunları Әməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib. 

"Bu gün daha 494 idmançı Bakıya gələcək. Dünən yarışı bitirənlər isə Azərbaycanı tərk edəcəklər", - o deyib.

Onun sözlərinə görə, bu günədək voleybol yarışı çox geniş tamaşaçı kütləsi cəlb edib və dünən keçirilən yarışlara 17 mindən çox tamaşaçı qatılıb: “Hətta insanları "Cristal Holl"a çatdırmaq üçün avtobuslar çatmırdı. Sabah Azərbaycanda Milli Qurtuluş Günüdür və istirahət günü olduğundan tamaşaçıların sayının daha çox olacağını ehtimal edirik".

O vurğulayıb ki, Oyunlarda azərbaycanlı idmançıların medallar qazanması sevindirici haldır: "Bu gün 10 idman növü üzrə yarışlar keçiriləcək".