"Bakı 2015"in gümüş mükafatçısı: "Təəssüflər olsun ki, yarımfinalda topuğumdan zədə aldım"
- 23 iyun, 2015
- 09:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 iyun. REPORT.AZ/ "Bu yarışa çox ciddi hazırlaşırdıq. Təəssüflər olsun ki, yarımfinalda topuğumdan zədə aldım və ayağımı gipsə saldılar". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarında sambo yarışında Azərbaycana gümüş medal qazandıran Amil Qasımov deyib.
74 kq çəkidə gedən mübarizənin sonunda belaruslu Stepan Popova məğlub olan (0:4) A.Qasımov buna zədənin səbəb olduğunu bildirib. O, final görüşündə zədəsini gizlətmək istədiyini, lakin rəqibin bunu görüb ayağında hücum etdiyini söyləyib: "Döyüş zamanı rəqibə ağır fənd işlətməyə imkan verməməyə çalışırdım. Zədəmin tezliklə sağalacağına ümid edirəm".
A.Qasımov yarışın sonunda belarus idmançının çiynində getməsini bu cür izah edib: "O ayağımın zədəli olduğunu bilib hücum edirdi. Sonda da təşəkkür olaraq belə bir jest etdi".