Yuxarı

"Bakı 2015"in bürünc medalçısı: "Çətin döyüşlər keçdi"

Çətin döyüşlər keçdi. Bütün rəqiblərimin özünəməxsus taktikası vardı və bu səbədbən mənim üçün bir az çətin idi.

Bakı. 26 iyun. REPORT.AZ/ "İlk Avropa Oyunları haqda təəssüratım çox gözəldir. İlk dəfə görürdüm ki, azarkeşlər öz idmançılarını belə dəstəkləyir". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında qadınlar arasında 54 kq çəkidə bürünc medal qazanan Anna Əlimərdanova deyib.

O, bildirib ki, əvvəlki döyüşlərdə bu cür azarkeş dəstəyi görməyib: "Bundan əvvəlki yarışlarda bu cür azarkeş dəstəyi görməmişdim. Döyüşə çıxdığım heç bir rəqibimi tanımırdım. Təkcə Rusiya idmançısını tanıyırdım. Çətin döyüşlər keçdi. Bütün rəqiblərimin özünəməxsus taktikası vardı və bu səbədbən mənim üçün bir az çətin idi".

Əldə etdiyi nəticədən razılığını ifadə edən A.Əlimərdanova medalı atasına həsr etdiyini söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi