Bakı. 6 iyun. REPORT.AZ/ "
Medalların hazırlanması ilə bağlı danışan "Bakı 2015" Atlet Xidmətləri və Əməliyyatlar şöbəsinin direktoru Ceyms Makleod bildirib ki, 20 idman növü və müxtəlif kateqoriyalar üzrə mükafatlandırmaq üçün 2000-dən artıq medal hazırlanıb. Onun sözlərinə görə, birinci medal Bakı Veloparkında keçiriləcək qadınlar arasında dağ velosipedi yarışında, sonuncusu isə Avropa Oyunları Parkında bir araya gələcək çimərlik futbolunun oyunçularına təqdim ediləcək: "Artıq medallar hazırdır. Onların çəkisi 380 qramdır. Medallar "Azərsuvenir" tərəfindən zərif şəkildə işlənib. Hər bir medalın öz qutusu olacaq. Bundan əlavə, hər bir idmançıya içərisində nar olan gül dəstəsi veriləcək".
C.Makleod deyib ki, bütün idmançılar həmin idman növündə iştirak etdiyi üçün təltif olunacaq: "Qızıl, gümüş və bürünc medal qazana bilməyən idmançılar Bakıdan xatirə olaraq bir qədər kiçik ölçülü medallarla yola salınacaqlar".