​"Bakı 2015"də medal qazanacaq Azərbaycan idmançılarına veriləcək pul mükafatının ümumi məbləği məlum olub - SİYAHI

​"Bakı 2015"də medal qazanacaq Azərbaycan idmançılarına veriləcək pul mükafatının ümumi məbləği məlum olub - SİYAHI Oyunlarda 20 idman növü üzrə 6000-dən artıq idmançı yarışacaq
Avropa Oyunları
9 İyun , 2015 11:14
​Bakı 2015də medal qazanacaq Azərbaycan idmançılarına veriləcək pul mükafatının ümumi məbləği məlum olub - SİYAHI

Bakı. 9 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında medalçılar sırasına düşəcək Azərbaycan idmançılarına veriləcək pul mükafatının ümumi məbləği məlum olub. "Report"un məlumatına görə, ölkə təmsilçisiləri 50 ölkə idmançıları arasında uğur qazanacağı təqdirdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ayrılmış pul vəsaiti ilə yanaşı, Milli Olimpiya Komitəsi (MOK) tərəfindən də mükafatlandırılacaq.

I yer - hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min), onun şəxsi məşqçisinə 75 min manat (Prezidentin sərəncamı ilə 50 min + MOK tərəfindən 25 min).

II yer - hər bir idmançıya 80 min manat (Prezident sərəncamı ilə 50 min + MOK tərəfindən 30 min), onun şəxsi məşqçisinə 40 min manat (Prezidentin sərəncamı ilə 25 min + MOK tərəfindən 15 min).

III yer - hər bir idmançıya 50 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 20 min), onun şəxsi məşqçisinə 25 min manat (Prezidentin sərəncamı ilə 15 min + MOK tərəfindən 10 min).

Ölkə başçısı İlham Əliyevin I Avropa Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında imzaladığı Sərəncama əsasən komanda yarışlarına da mükafat veriləcək.

I yer - hər bir komanda üzvünə 45 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 15 min), komandanın məşqçilərinin hər birinə Prezident sərəncamı ilə 15 min manat.

II yer - hər bir komanda üzvünə 30 min manat (Prezident sərəncamı ilə 20 min + MOK tərəfindən 10 min), komandanın məşqçilərinin hər birinə Prezident sərəncamı ilə 10 min manat.

III yer - hər bir komanda üzvünə 15 min manat (Prezident sərəncamı ilə 10 min + MOK tərəfindən 5 min), komandanın məşqçilərinin hər birinə Prezident sərəncamı ilə 5 min manat.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12-28 iyun tarixində keçiriləcək. Oyunlarda 20 idman növü üzrə 6000-dən artıq idmançı yarışacaq.

Son xəbərlər

Orphus sistemi