​"Bakı-2015" daha iki yayım şirkəti ilə müqavilə imzalayıb

​"Bakı-2015" daha iki yayım şirkəti ilə müqavilə imzalayıb Oyunlar Yunanıstan və Finlandiyada televiziya vasitəsilə canlı nümayiş etdiriləcək
Avropa Oyunları
12 Fevral , 2015 16:20
​Bakı-2015 daha iki yayım şirkəti ilə müqavilə imzalayıb

Bakı. 12 fevral. REPORT.AZ/ "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsi daha iki ölkənin yayım şirkəti ilə müqavilə imzalayıb. 

"Report"un məlumatına görə, Oyunlar Yunanıstan və Finlandiyada televiziya vasitəsilə canlı nümayiş etdiriləcək.

Yunanıstanda əsas ictimai yayım təminatçısı olan NERIT (New Hellenic Radio, Internet and Television) televiziya və onlayn platformaları vasitəsilə Oyunların gündəlik canlı yayımını təmin edəcək, eyni zamanda, möhtəşəm açılış və bağlanış mərasimlərini yayımlayacaq.

Finlandiyanın ödənişsiz milli yayım şirkəti olan "Yle" isə açılış və bağlanış mərasimlərinin, eyni zamanda, yarışların gündəlik canlı yayımını təmin edəcək, yarışların ən parlaq məqamlarından ibarət video materialları nümayiş etdirəcək. Sözügedən stansiya yerli yayım şirkəti olan "International Sports Broadcasting"in vebsayt və rəqəmsal platformaları vasitəsilə də Oyunların 800 saatlıq canlı yayımını təmin edəcək.

Qeyd edək ki, digər ölkələrlə daha əvvəl bağlanmış yayım müqavilələri də daxil olmaqla, bu iki anlaşma I Avropa Oyunlarının dünyanın 49 ölkəsində yayımlanacağı və ümumilikdə bir milyarddan artıq tamaşaçının yarışları izləyəcəyi deməkdir.  

Son xəbərlər

Orphus sistemi