Bakı. 12 may. REPORT.AZ/ Bu gün "
Eyni zamanda, İCRT 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının Kubada rəsmi yayım hüququna malikdir.
"Bakı 2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq sazişin Latın Amerikası ölkələri ilə bağlanan son müqavilə olmayacağına əminliyini bildirib. ICRT tərkibində olan "Canal Tele Rebelde"nin baş direktoru Roberto Qonzales isə Kuba xalqının bu cür yeni və önəmli idman tədbirindən zövq alacağına əminlik ifadə edib.
Qeyd edək ki, Kuba I Avropa Oyunlarının yayımını həyata keçirəcək digər ölkələr - Birləşmiş Ştatlar və Kanada, ərəb ölkələri, Hindistan, Çin, Honq Konq və Avstraliyanın sırasına qoşulub.