"Minsk 2019": Azərbaycanlı samboçu Ağasif Səmədov finalda uduzub

Avropa Oyunları
  • 23 iyun, 2019
  • 15:44
Minsk 2019:  Azərbaycanlı samboçu Ağasif Səmədov finalda uduzub

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında azərbaycanlı samboçu Ağasif Səmədov finalda uduzub.

"Report"un Oyunlara ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Ağasif Səmədov (52 kq) finalda erməni dünya çempionu Tiqran Kirakosyana 0:4 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.

Bu, Azərbaycanın yeddinci medalı olub. Medalların 3-ü gümüş, 4-ü bürünc əyarlıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti