Bakı. 29 may. REPORT.AZ/ Qadın güləşi üzrə gənclərdən və böyüklərdən ibarət Azərbaycan yığma komandası "
Mayın 25-dən başlayan təlim-məşq toplanışında Monqolustan güləşçiləri də iştirak edir. S.Çterev bunun Azərbaycan güləşçilərinin təcrübələrini artırmaq üçün böyük fürsət olduğunu deyib. O, yığmanın hazırlıqların son mərhələsində olduğunu bildirib: "2 həftə sonra tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarında iştirak edəcəyik. Komandada əhvali-ruhiyyə yüksəkdir. Oyunlarda yüksək əzmkarlıqla mübarizə aparıb, qələbələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik".
Qeyd edək ki, “Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13 - 18 iyunda keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.