"Bakı 2015": Daha bir Azərbaycan boksçusu yarımfinala yüksəlib

"Bakı 2015": Daha bir Azərbaycan boksçusu yarımfinala yüksəlib Sotomayorun yarımfinalda rəqibi ukraynalı əlcək ustası Viktor Petrov olacaq
Avropa Oyunları
23 İyun , 2015 20:53
Bakı 2015: Daha bir Azərbaycan boksçusu yarımfinala yüksəlib

Bakı. 23 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında çıxış edən Azərbaycan boksçusu Kollazo Sotamayor yarımfinala yüksəlib. "Report"un məlumatına görə, o, 64 kq çəki dərəcəsində 1/4 final döyüşünü 3:0 hesablı qələbə ilə başa vurub.

K.Sotomayor ruminiyalı Daniyel Nikulesku ilə qarşılaşıb. Sotomayorun yarımfinalda rəqibi ukraynalı əlcək ustası Viktor Petrov olacaq.

*** 20:33

Azərbaycan boksçuları yarımfinal uğrunda mübarizəni davam etdirir. "Report"un məlumatına görə, Azərbaycanın qadın boksçusu Yelena Vıstropova ingiltərəli Sandi Rayanla rinqə çıxıb.

Qadınların döyüşündə azərbaycanlı əlcək sahibi növbəti mərhələyə yüksələ bilməyib - 1:2.

*** 16:07

"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı boks yarışında təmsil edən Albert Səlimov yarımfinala vəsiqə qazanıb. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan əlcək sahibi yarımfinala gedən yolda bolqarıstanlı Elyan Dimitrovu 3:0 hesabı ilə məğlub edib.

*** 13:55

Bu gün "Bakı 2015" I Avropa Oyunlarında boks yarışının 1/4 final mərhələsi keçirilir. "Report"un məlumatına görə, Azərbaycanın qadın boksçusu Anna Əlimərdanova yarımfinala yüksəlib.

O, 54 kq çəkidə bolqarıstanlı Stanimira Petrovanı 3:0 hesabı ilə məğlub edib. 64 kq-da isə Yelena Vystropova ingiltərəli Sandi Ryanla rinqə çıxacaq.

Kişilərin yarışında Albert Səlimov da (60 kq) bolqarıstanlı döyüşçü ilə qarşılaşacaq. Azərbaycanlı əlcək sahibi Elian Dmitrovla üz-üzə gələcək. Kollazo Sotomayorun 64 kq-da rəqibi rumıniyalı Daniyel Nikulesku olacaq. Pərviz Bağırov (69 kq) almaniyalı Abass Baraou ilə, 91 kq-da Abdulqadir Abdullayev isə fransalı Paul Omba Bionqolo ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi