Azərbaycan idmançıları II Avropa Oyunlarının ilk günündə çıxışlarını başa vurublar - YENİLƏNİB-4

Azərbaycan idmançıları II Avropa Oyunlarının ilk günündə çıxışlarını başa vurublar - YENİLƏNİB-4 Azərbaycanın daha bir boksçusu “Minsk 2019” II Avropa Oyunlarında ilk döyüşünü keçirib.
Avropa Oyunları
21 İyun , 2019 17:27
Azərbaycan idmançıları II Avropa Oyunlarının ilk günündə çıxışlarını başa vurublar - YENİLƏNİB-4

Azərbaycanın daha bir boksçusu “Minsk 2019” II Avropa Oyunlarında ilk döyüşünü keçirib.

“Report” xəbər verir ki, 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev bolqarıstanlı Petar Belberovla üz-üzə gəlib.

Görüş rəqibin qələbəsi ilə nəticələnib – 1:4.

Beləliklə, Azərbaycan idmançıları II Avropa Oyunlarının ilk günündə çıxışlarını başa vurublar.


16:53***

Azərbaycanın daha bir idmançısı II Avropa Oyunlarında mübarizəyə başlayıb.

"Report" xəbər verir ki, ölkənin kamandan oxatma növündə yeganə təmsilçisi Ozay Qasımova qadınlar arasında klassik oxatmanın fərdi yarışında qüvvəsini sınayıb.

O, 1/32 finala vəsiqə uğrunda reytinq qarşılaşmasında 48 oxatanın qatıldığı mübarizədə 586 xalla 43-cü olub. Qasımova iyunun 25-də 1/16 finala vəsiqə uğrundan almaniyalı Elena Rixterlə qarşılaşacaq. 

19 yaşlı idmançı bu rəqibinə qalib gələcəyi təqdirdə, 1/8 finalda almaniyalı Mişel Kroppenlə üz-üzə gələcək.

Qeyd edək ki, reytinq raundunda ilk 16 yeri tutan idmançılar birbaşa 1/16 finala yüksəliblər. 


16:21***

Azərbaycanın daha bir boksçusu “Minsk 2019” II Avropa Oyunlarında ilk döyüşünü keçirib.

“Report” xəbər verir ki, 91 kq çəki dərəcəsində çıxış edən Rahil Məmmədli bolqarıstanlı Radoslav Panteleyevlə qarşılaşıb.

Görüş Azərbaycan idmançısının məğlubiyyəti ilə nəticələnib – 0:5.


15:53***

Azərbaycan millisi Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, boksçu Tayfur Əliyev 1/16 finalda Bolqarıstan təmsilçisi Boyan Asenovla qarşılaşıb. 56 kq çəki dərəcəsində yarışan Əliyev rəqibini 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. 

O, 1/8 finalda Ukrayna təmsilçisi Mukola Butsenko ilə qarşılaşacaq. Görüş iyunun 24-də keçiriləcək.


14:15***

Azərbaycan millisi bu gün Belarusun paytaxtı Minskdə start götürən II Avropa Oyunlarında mübarizəyə başlayıb.

“Report” xəbər verir ki, Azərbaycanın kamandan oxatma növündə yeganə təmsilçisi Ozay Qasımova qadınlar arasında klassik oxatmanın fərdi yarışına qatılıb. O, 1/32 finala vəsiqə uğrunda reytinq qarşılaşmasında 47 oxatana qarşı mübarizə aparacaq. Mübarizəyə Bakı vaxtı ilə saat 14:15-də start verilib.

Saat 15:00-da isə boksçuların yarışı start götürəcək. Azərbaycan təmsilçilərinin hər üçü 1/16 finalda ilk görüşünü bolqarıstanlılara qarşı keçirəcək. Tayfur Əliyev (56 kq) Boyan Asenovla, Rahil Məmmədli (91 kq) Radoslav Panteleyevlə, Məhəmməd Abdullayev (+91 kq) Petar Belberovla üz-üzə gələcək.

Qeyd edək ki, ilk yarış günündə boks, kamandan oxatma və basketbol (3X3) üzrə yarışlar olacaq. 

Son xəbərlər

Orphus sistemi