Yuxarı

Azərbaycan I Avropa Oyunlarında 16-cı qızıl medalını qazanıb

Bu medalı komandamıza gənc boksçu Elvin Məmişzadə qazandırıb

Bakı. 26 İyun. REPORT.AZ/ Azərbaycan "Bakı 2015" I Avropa Oyunlarında boks yarışlarında 16-cı qızıl medalını qazanıb.

"Report"un xəbərinə görə, 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə finalda italiyalı idmançı Vincenzo Pikardini məğlub edərək I Avropa Oyunlarının çempionu olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Xatırladaq ki, Anna Əlimərdanova qadın boksçuların yarışında 54 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi