II Avropa Oyunları: Azərbaycan və Ermənistan samboçuları bürünc medal görüşündə rəqib olublar - YENİLƏNİB-3

II Avropa Oyunları: Azərbaycan və Ermənistan samboçuları bürünc medal görüşündə rəqib olublar - YENİLƏNİB-3 Azərbaycanın 2 samboçusu “Minsk 2019” II Avropa Oyunlarında medal qazanmaq şansını əldən verib.
Avropa Oyunları
22 İyun , 2019 15:10
II Avropa Oyunları: Azərbaycan və Ermənistan samboçuları bürünc medal görüşündə rəqib olublar - YENİLƏNİB-3

Azərbaycanın 2 samboçusu “Minsk 2019” II Avropa Oyunlarında medal qazanmaq şansını əldən verib.

“Report” xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan Gözəl Zutova təsəlliverici görüşdə rumıniyalı Lorena-Aleksandra Podelenskiyə uduzub. 82 kq çəkidə yarışan Ceyhun Hüseynov isə italiyalı Mikeli Alessioya yenilib.

Qeyd edək ki, 57 kq çəkidə yer alan Mehman Xəlilov Bakı vaxtı ilə saat 18:07-də bürünc medal görüşündə ermənistanlı Maksim Manukyanla üz-üzə gələcək. 68 kq çəkidə çıxış edən Emil Həsənov isə brünc medal uğrunda bolqarıstanlı Martin İvanovla qarşılaşacaq. Bu görüş saat 18:15-ə nəzərdə tutulub.


13:37***

Azərbaycan “Minsk 2019” II Avropa Oyunlarında ilk medal qazanmaq şansını əldən verib.

“Report” xəbər verir ki, 68 kq çəkidə çıxış edən samboçu Emil Həsənov yarımfinalda gürcüstanlı Mindia Liluaşviliyə uduzub – 3:4.

O, Bakı vaxtı ilə saat 18:15-də bürünc medal görüşünə bolqarıstanlı Martin İvanovla qarşılaşacaq.

Qeyd edək ki, bu gün mübarizə aparan digər sanboçulardan Gözəl Zutova (72 kq) fransalı Laroz Kamiyə uduzub. O, təsəlliverici görüşdə rumıniyalı Lorena-Aleksandra Podelenski ilə qarşılaşacaq. Digər samboçulara gəlincə, Mehman Xəlilov (57 kq) belaruslu Vladislav Burdza, Ceyhun Hüseynov (82 kq) isə gürcüstanlı Berulava Besarioniyə məğlub olub.

Hüseynov təsəlliverici görüşdə italiyalı Mikeli Alessio ilə qarşılaşacaq. Xəlilov isə bürünc medal uğrunda ermənistanlı Maksim Manukyanla üz-üzə gələcək. Bu görüş saat 18:07-yə nəzərdə tutulub.

Beləliklə, Azərbaycanın 4 samboçusunun bürünc medal qazanmaq şansı var.


12:05***

Azərbaycan samboçuları “Minsk 2019” II Avropa Oyunlarında ilk görüşlərini keçiriblər.

“Report” xəbər verir ki, ikinci yarış günündə yığma üzvlərində 3-ü 1/4 final mərhələsindən mübarizəyə qoşulublar. Onlardan 68 kq çəkidə çıxış edən Emil Həsənov rumıniyalı Soke Laslo-Joltla 6:3 hesabı ilə qalib gəlib. O, bu gün Bakı vaxtı ilə saat 13:28-də başlayacaq yarımfinalda gürcüstanlı Mindia Liluaşvili ilə qarşılaşacaq.

Digər samboçulara gəlincə, Mehman Xəlilov (57 kq) belaruslu Vladislav Burdza 1:4, Ceyhun Hüseynov (82 kq) isə gürcüstanlı Berulava Besarioniyə 0:5 hesabı ilə uduzub.

Hüseynov təsəlliverici görüşdə italiyalı Mikeli Alessio ilə qarşılaşacaq. Xəlilov isə bürünc medal uğrunda ermənistanlı Maksim Manukyanla üz-üzə gələcək. Bu görüş saat 18:07-yə nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi