Azərbaycan II Avropa Oyunlarında 80 idmançı ilə təmsil olunacaq - SİYAHI

Azərbaycan II Avropa Oyunlarında 80 idmançı ilə təmsil olunacaq - SİYAHI “Minsk 2019” II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmaçılarının sayı və təmsil etdikləri idman növləri dəqiqləşib.
Avropa Oyunları
27 May , 2019 16:09
Azərbaycan II Avropa Oyunlarında 80 idmançı ilə təmsil olunacaq - SİYAHI

“Minsk 2019” II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmaçılarının sayı və təmsil etdikləri idman növləri dəqiqləşib.

“Report” xəbər verir ki, yarışlarda ölkəni 80 idmançı təmsil edəcək. Heyətdə həmçinin 32 məşqçi, 15 nəfər inzibati şəxs və 5 nəfər tibb işçisi yer alacaq.

Atletlərin idman növləri üzrə say bölgüsü aşağıdakı kimidir:

- Güləş 16 idmançı – sərbəst güləş 6 idmançı, yunan-roma güləşi 5 idmançı, qadın güləşi 5 idmançı;

- Gimnastika 13 idmançı – bədii gimnastikası 7 idmançı, batut və tamblinq gimnastikası 2 idmançı, aerobik gimnastikası 2 idmançı, idman gimnastikası 2 idmançı);

- Cüdo 13 idmançı (9 kişi, 4 qadın);

- Boks 11 idmançı (10 kişi, 1 qadın);

- Karate 7 idmançı (5 kişi, 2 qadın);

- Sambo 7 idmançı (6 kişi, 1 qadın);

- Atıcılıq 6 idmançı;

- Velosiped idmanı 5 idmançı – trek yarışları 1 idmançı, şosse yarışları 4 idmançı;

- Oxatma 1 idmançı;

- Kanoe idman növü 1 idmançı;

- Badminton 1 idmançı

“Minsk 2019” II Avropa Oyunlarında iştirak edəcək idmançıların sayı 4000-dir. Onlar 200 medal dəsti üçün mübarizə aparacaqlar. Cədvələ uyğun olaraq kişilər üçün 91 yarış, qadınlar üçün 89 yarış, qarışıq isə 20 yarış keçiriləcək. Belarus 15 idman növü, 23 yarışa (discipline) ev sahibliyi edəcəkdir. Azərbaycan bu yarışlarda 10 idman növündə təmsil olunacaq.

Açılış mərasimi 21 iyun, bağlanış mərasimi 30 iyun “Dinamo” stadionunda baş tutacaq. Yarışlar 12 idman obyektində keçiriləcək. İdmançılar Tələbə Kəndi olan və Oyunlar üçün yenidən hazırlanmış Atletlər kəndində qalacaqlar. Atletlər kəndinin tutumu 6500 nəfərlikdir və 1 may tarixindən etibarən fəaliyyətə başlayıb.

II Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək “Ulduz Səfir” tituluna əməkdar artist Tünzalə Ağayeva layiq görülüb. Azərbaycan nümayəndə heyətinin rəhbəri (chief de mission) Anar Bağırovdur. Onun  müavini isə (deputy chief de mission) Ceyhun Rəhmanovdur.

İdmançıların siyahısı

Atıcılıq: Emin Cəfərov, Rigina Mehtaheddinova, Nurlana Cəfərova, Əli Hüseynli (stend atıcılığı), Ruslan Lunyov, Nigar Nəsirova (güllə atıcılığı)
Badminton: Ezmi Qovimuramadhoni
Cüdo: Kəramət Hüseynov, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva (52 kq),
İçinxorlo Munxtsedev (57 kq), İrina Kindzerska (+78 kq)
Güləş: Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Toğrul Əsgərov (74 kq), Camaləddin Maqomedov, Cəbrayıl Həsənov (79 kq), Nurmaqomed Qadjiyev (97 kq, hamısı sərbəst güləş), Sakit Quliyev (60 kq), Kərim Cəfərov (67 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti (130 kq, hamısı yunan-Roma güləşi), Mariya Stadnik (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (68 kq), Səbinə Əliyeva, 76 kq, hamısı qadın güləşi)
Boks: Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Rahil Məmmədli (91 kq), Məhəmməd Abdullayev (+91 kq), Məryəm Cəbrayılova (69 kq)
Kamandan oxatma: Ozay Qasımova
Velosiped idmanı: Sergey Omelçenko (trek), Samir Cəbrayılov, Elçin Əsədov, Mikayıl Səfərli, Musa Mikayılzadə (hamısı şosse)
Kanoe: Mariya-Lorena Manolitsa
Karate: Roman Heydərov (kata), Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq), Nuranə Əliyeva (50 kq), İrina Zaretska (68 kq)
Sambo: Ağasif Səmədov (52 kq), Mehman Xəlilov (57 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Abdulla Abdullayev (74 kq), Ceyhun Hüseynov (82 kq), Gözəl Zutova (74 kq)
Gimnastika: Zöhrə Ağamirova, Ayşən Bayramova, Zeynəb Hümmətova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Darya Sorokina (bədii gimnastika), İlya Qrişunin, Ruslan Ağamirov (batut gimnastikası və tamblinq), Ruhidil Qurbanlı, Abdulla Əl-Məşeyxi (akrobatika), İvan Tixonov, Marina Nekrasova (idman gimnastikası).

Son xəbərlər

Orphus sistemi