Bakı. 19 iyun. REPORT.AZ/ "Avropa Oyunlarında çıxış etmək olduqca xoş idi, oyunlardan müəyyən qədər adrenalin aldıq".
"Report" xəbər verir ki, bunu Avropa Oyunlarının bürünc mükafatçısı, Azərbaycan güləşçisi Ruslan Dibirhacıyev bildirib.
Onun sözlərinə görə, Oyunlar onda yaxşı təəssürat hissi saxlayıb: "Döyüşlər zamanı tamaşaçıları məyus etməmək barədə düşünürdüm. Şadam ki, fəxri kürsüyə yüksələ bildim".