Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycan "
91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən M.Məcidovun rusiyalı Həsən Hümbətovla yarımfinal görüşünə çıxmasına icazə verilməyib. Bu səbəbdən H.Hümbətov mübarizəsiz finala yüksəlib. Azərbaycan boksçusu isə bürünc medalla kifayətlənib.
Bu, Azərbaycanın gün ərzində 2-ci medalı olub. Daha öncə qadınlar arasında 54 kq çəki dərəcəsində yarımfinal görüşündə uduzan daha bir boksçu Anna Əlimərdanova bürünc medal qazanıb. Hazırda təşkilatçı ölkənin aktivində 14 qızıl, 11 gümüş, 17 bürünc medal var.
Qeyd edək ki, Məhəmmədrəsul Məcidov əvvəlki mərhələlərdə qaşının partlaması üzündən mübarizəni dayandırmalı olub.