Yuxarı

Azərbaycan Avropa Oyunlarında ümumi medal sıralamasında liderliyi ələ alıb

Təşkilatçı ölkə idmançıları günü 6 medalla başa vurub

Bakı. 13 İyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının 3-cü yarış günündə 3 növ üzrə daha 11 dəst medal sahibini tapıb. "Report"un məlumatına görə, triatlon, karate və yunan-Roma güləşində medal əldə edənlər sırasına 9 yeni ölkə qoşulub. 

Nəticədə 50 iştirakçı ölkənin yarıdan çoxu - 26-sının aktivinə medal yazılıb.  

Azərbaycan idmançıları bu gün daha 6 medala sahib olublar. Bunlardan 3-ü qızıl, 1-i gümüş, 2-si bürünc olub. Nəticədə hesabındakı medal sayını 13-ə çatdıran təşkilatçı ölkə həm medal əyarı, həm də medal sayında liderliyi ələ keçirib. 

N ÖLKƏLƏR QIZIL GÜMÜŞ BÜRÜNC CƏMİ
1. AZƏRBAYCAN 6 2 5 13
2. Rusiya 5 0 2 7
3. Türkiyə 4 2 6 12
4. İsveçrə 3 2 1 6
5. Fransa 2 2 3 7
6. İspaniya 2 0 0 2
7. Xorvatiya 1 1 2 4
8. Böyük Britaniya 1 0 0 1
9. İtaliya 0 3 0 3
10. Ukrayna 0 2 1 3
11. Avstriya 0 2 0 2
12. Belarus 0 1 2 3
12. Almaniya 0 1 2 3
14. Ermənistan 0 1 0 1
14. Yunanıstan 0 1 0 1
14. Macarıstan 0 1 0 1
14. Hollandiya 0 1 0 1
14. Portuqaliya 0 1 0 1
14. Serbiya 0 1 0 1
20. Makedoniya 0 0 2 2
21. Bolqarıstan 0 0 1 1
21. Estoniya 0 0 1 1
21. Monteneqro 0 0 1 1
21. Polşa 0 0 1 1
21. Slovakiya 0 0 1 1
21. İsveç 0 0 1 1
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi