Yuxarı
    Bağlamaq

    Azərbaycan atletinin I Avropa Oyunlarında qazandığı nəticələr ləğv edilib

    Çaltu Beji dopinqdən istifadə etməkdə şübhəli bilinir

    Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycanı təmsil edən idmançı Çaltu Beji dopinqdən istifadədə şübhəli bilindiyi üçün "Bakı 2015" I Avropa Oyunları çərçivəsində yarışlarda iştirakdan uzaqlaşdırılıb. "Report" xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitəsinin (AOK) rəsmi saytında yerləşdirilən bəyanatda deyilir. 

    Azərbaycanı 3000 m məsafədə maneələrlə qaçış yarışlarında təmsil edən Ç.Bejinin dopinq-test nümunəsində qadağan olunan "osterin" maddəsi aşkar olunub. 

    Dopinq əleyhinə qaydaların pozulması ilə əlaqədar idmançı yarışlardan uzaqlaşdırılıb, onun "Bakı 2015" I Avropa Oyunlarında qazandığı nəticələr ləğv edilib. Qeyd olunur ki, bu addım yüngül atletika üzrə yarışların komanda nəticəsinə təsir etməyəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi