Bakı. 6 may. REPORT.AZ/ Bu gün Belçikada "Avropa idman gecəsi" adı altında böyük idman tədbiri keçiriləcək. Azərbaycan
"Avropa idman gecəsi"nin keçirilməsində əsas məqsəd idmanda yeniliklərin əldə olunması, federasiyalar və Avropa Olimpiya Komitələri arasındakı əlaqələrin möhkəmləndirilməsi və idmanda narahatlıqlar doğuran bir sıra problemlərin aradan qaldırılmasıdır.
Tədbir zamanı plenar iclasların keçirilməsi və 200-dən artıq qonağın iştirakı ilə bir sıra müzakirələrin aparılması da nəzərdə tutulur.
"Bakı- 2015" Avropa oyunları: 5 həftə qalmış" bölümündə nazir Azad Rəhimov tədbir iştirakçılarına Azərbaycanda idman sahəsində görülən işlər, əldə olunan nailiyyətlər haqda məlumat verəcək. 20 dəqiqəlik çıxışında eyni zamanda, Azad Rəhimov "Bakı-2015" Avropa Oyunlarına hazırlıq, bu sahədə görülən işlər, açılan idman qurğuları, keçirilən tədbirlər və digər məlumatları da qonaqların diqqətinə çatdıracaq.