Avropa Oyunlarındakı yarışlara satılan biletlərin sayı açıqlanıb

Avropa Oyunlarındakı yarışlara satılan biletlərin sayı açıqlanıb Bu gün 11 müxtəlif idman yarış növü üzrə yarışlar olacaq
Avropa Oyunları
16 İyun , 2015 11:19
Avropa Oyunlarındakı yarışlara satılan biletlərin sayı açıqlanıb

Bakı. 16 iyun. REPORT.AZ/ "Dünən çox gözəl gün idi. 30 minə yaxın tamaşaçı oyunları izləməyə gəlmişdi. Oyunlar üzrə 13 mindən çox bilet satılmışdı. Son 3 gündə isə 37 500-dən çox bilet satılıb". "Report" xəbər verir ki, bunu "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.

O bildirib ki, bağlanış mərasiminə bu günə qədər 48 min bilet satılıb: "Bu da o deməkdir ki, artıq bu gün üçün satışda bilet yoxdur. Dünən daha çox idmançı ölkəni tərk edib. Bu gün 11 müxtəlif idman yarış növü üzrə yarışlar olacaq".

S.Kleq onu da əlavə edib ki, dünən üçün 7 məkanda 19 müxtəlif yarışlarda tamaşaçının orta tutumu 84 faiz idi: "6 seksiyada isə 100 faiz tamaşaçı var idi. Bu günə qədər oyunlarda 39 çempionumuz var".

"Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında kumite yarışlarında 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Firdovsi Fərzəliyev isə deyib ki, karate qeyri-olimpik idman növü olsa da Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahəyə önəm verilir.

İdmançı qələbə qazanması məsələsinə də toxunub: "Bizim üçün oyunlarda qələbə qazanmaq önəmli idi. Çünki doğma divarlar arasında bayrağı qaldırmaq çox vacib idi. Oyunlar məhz vətənimizdə keçirilirdi. Tamaşaçıların biz idmançıları alqışlamaları bizə əlavə güc verirdi. Baş məşqçimə və digər əziyyət çəkən şəxslərə öz minnətdarlığımı bildirirəm. Bütün əziyyətlərini halal etsinlər. Məndən sonra qızıl medal qazananları təbrik edir, digər idmançılara isə uğurlar arzu edirəm".

BEGOC-un kommunikasiya üzrə direktoru Colin Gibson bildirib ki, bu gün 21 qızıl medal oynanılacaq.

Son xəbərlər

Orphus sistemi