Avropa Oyunlarında voleybol üzrə Azərbaycan yığması ardıcıl 3-cü qələbəsini qazanıb

Avropa Oyunlarında voleybol üzrə Azərbaycan yığması ardıcıl 3-cü qələbəsini qazanıb Üçüncü turun qarşılaşması "Crystal Hall"da oynanılır
Avropa Oyunları
17 İyun , 2015 18:45
Avropa Oyunlarında voleybol üzrə Azərbaycan yığması ardıcıl 3-cü qələbəsini qazanıb

Bakı. 17 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları çərçivəsində A qrupunda 3-cü turun Azərbaycan və İtaliya yığmaları arasındakı voleybol matçı yekunlaşıb. "Report"un məlumatına görə, 4-cü setdə meydan sahibləri 25:22 hesablı üstünlük əldə ediblər. Bununla da ümumi hesab Azərbaycan yığmasının xeyrinə olub - 3:1. Bununla da baş məşqçi Aleksandr Çervyakovun komandası ardıcıl 3-cü qələbəsini qazanaraq qrup liderliyini möhkəmlədib. 

****18:10

"Bakı 2015" I Avropa Oyunları çərçivəsində Azərbaycan və İtaliya yığmaları arasında voleybol matçında üçüncü set yekunlaşıb. "Report"un məlumatına görə, qonaq komanda 25:22 hesabı ilə qalib gələrək set fərqini azaldıb - 1:2.

****17:36

"Bakı 2015" I Avropa Oyunları çərçivəsində Azərbaycan və İtaliya yığmaları arasında voleybol matçında ikinci set də yekunlaşıb. "Report"un məlumatına görə, meydan sahibləri bu dəfə 25:20 hesabı ilə qalib gəlib.

****17:03

"Bakı 2015" I Avropa Oyunları çərçivəsində Azərbaycan və İtaliya yığmaları arasında voleybol matçında ilk set yekunlaşıb. "Report"un məlumatına görə, təşkilatçı ölkənin komandası 25:22 hesabı ilə qalib gəlib. 

****16:47

I Avropa Oyunları çərçivəsində Azərbaycan və İtaliyanın qadın voleybolçulardan ibarət yığma komandaları arasında görüş başlayıb. "Report"un məlumatına görə, A qrupunda keçirilən 3-cü turun qarşılaşması "Crystal Hall"da oynanılır.

İlk 2 turda Azərbaycan Rumıniyanı 3:1, Polşanı 3:0 hesabı ilə məğlub edib. İtaliya isə Belçikaya 3:0 hesabı ilə qalib gəldiyi halda, Türkiyəyə uduzub - 0:3. Hazırda Azərbaycan 6 xalla qrup lideridir. İtaliyaya gəldikdə, 3 xalla qrup 5-cisidir. 

Son xəbərlər

Orphus sistemi