Azərbaycanlı boksçu Avropa Oyunlarında Gürcüstana gümüş medal qazandırıb

Azərbaycanlı boksçu Avropa Oyunlarında Gürcüstana gümüş medal qazandırıb “Minsk 2019” II Avropa Oyunlarında çıxış edən Gürcüstan yığmasının üzvü, boksçu Sahil Allahverdiyev gümüş medal qazanıb.
Avropa Oyunları
229
30 İyun , 2019 18:18
Azərbaycanlı boksçu Avropa Oyunlarında Gürcüstana gümüş medal qazandırıb

“Minsk 2019” II Avropa Oyunlarında çıxış edən Gürcüstan yığmasının üzvü, boksçu Sahil Allahverdiyev gümüş medal qazanıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, 49 kiloqrama qədər çəki dərəcəsində çıxış edən S.Allahverdiyev finalda Ermənistandan olan boksçu Artur Ovanesyanla qarşılaşıb.

O, 1:4 hesabla erməni idmançıya məğlub olaraq, qızılı əldən verib.

Bu, Gürcüstan yığmasının sayca 29-cu medalı olub.

Gürcüstan komandası II Avropa Oyunlarında çıxışını artıq başa çatdırıb. Qonşu ölkə millisi Oyunlarda 6 qızıl, 10 gümüş və 14 bürünc medal olmaqla, ümumilikdə 30 medal qazanıb. Gürcüstan komanda hesabında 6-cı yerdədir.

Son xəbərlər

Orphus sistemi