Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığma komandasının baş məşqçisi Aleksandr Çervyakov "
"Report"un məlumatına görə, yığmanın baş məşqçisi əvvəlcə yaxşı oynamadıqlarını, sonradan vəziyyəti ələ aldıqlarını deyib:
"Şadam ki, qalib gəldik. Digər rəqiblərimiz güclüdür və meydana qələbə üçün çıxacaq. Hər bir komanda ən güclü oyununu göstərəcək. Digər rəqiblərin oyununu izləməmişik, ancaq onların oyunlarının videoyazılarına baxacağıq və hazırlaşmağa vaxt olacaq. Çalışacağıq ki, digər oyunlarda qalib gələk və qələbə qazanaq".
Qeyd edək ki, Azərbaycan və Rumıniya qarşılaşması 3:1 hesabı ilə başa çatıb.