​Abdulqadir Abdullayev: "Özümü qələbəyə kökləyəcəyəm"

​Abdulqadir Abdullayev: "Özümü qələbəyə kökləyəcəyəm" "Mən finalda qələbə qazanacağıma ümid edirəm"
Avropa Oyunları
26 İyun , 2015 16:44
​Abdulqadir Abdullayev: Özümü qələbəyə kökləyəcəyəm

Bakı. 26 iyun. REPORT.AZ/ "Mən finalda qələbə qazanacağıma ümid edirəm və özümü qələbəyə kökləyəcəyəm".

"Report" xəbər verir ki, bunu boks üzrə 91 kq çəki dərəcəsində I Avropa Oyunlarının finalına yüksələn Azərbaycan boksçusu Abdulqadir Abdullayev jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, yarımfinalda idmançımız Rusiyalı Səddam Maqamedovu məğlub edib.

Finalda A. Abdullayev, yarımfinal qarşılaşmasında Xorvatiyalı boksçu Josip Filippə qalib gələn erməni əsilli Ukrayna boksçusu Gevorq Manukyanla qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi