Bakı. 21 iyun. REPORT.AZ/ “İlk döyüşdən qalib ayrıldığıma görə sevincliyəm. Belə yarışlarda adətən ilk döyüş ağır olur. Allah mənə qələbə qazanmağım üçün güc verdi. Azarkeşlərin dəstəyi çox yaxşı idi. Mənə azarkeşlik edənlərin hamısına təşəkkür edir və cansağlığı diləyirəm. Bundan sonra da bizi elə dəstəkləsinlər ki, durmadan döyüşə bilək”.
“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “
Macarıstanlı Adam Hamoniyə 3:0 hesabı ilə qalib gələrək 1/4 finala çıxan boksçu ilk Avropa Oyunlarının qalibi olacağına inandığını da vurğulayıb: “Bu yarışda çempion olacağıma inanıram. Bütün rəqiblərim güclüdür. Onların hər birindən məğlubiyyət gözləmək olar: Ani bir zərbə və sən məğlubsan... Yaxşı hazırlıq keçmişik. Meksikada üç həftə gərgin məşqlərimiz olub. Bütün məşqçilərə, bizə dəstək verən və kömək edənlərin hamısına təşəkkür edirəm!”