Yuxarı

​Türkiyə yığmasını Fransada xüsusi təyinatlılar qoruyacaq

Türkiyənin xüsusi polis dəstəsi komandanı qaldığı oteldə, məşq və oyun zamanı mühafizə edəcək

Bakı. 10 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatı zamanı Türkiyə yığma komandasını 32 polis əməkdaşı qoruyacaq. 

"Report"un məlumatına görə, Türkiyəyə məxsus xüsusi polis dəstəsi komandanı qaldığı oteldə, məşq və oyun zamanı mühafizə edəcək.

Bununla yanaşı, Fransa da Türkiyə millisini qorumaq üçün 10 polis əməkdaşı ayırıb. Ümumilikdə Fatih Terimin rəhbərlik etdiyi komandanı 32 nəfərdən ibarət polis dəstəsi qoruyacaq.

D qrupunda mübarizə aparacaq Türkiyə yığması ilk oyununu iyunun 12-də Xorvatiyaya qarşı keçirəcək. İyunun 17-də İspaniya ilə qarşılaşacaq "ay-ulduzlular" 4 gün sonra Çexiya ilə üz-üzə gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi