Yuxarı

AVRO-2016: ​İngiltərə yığması Uelsə qalib gəlib - VİDEO

Matç 2:1 hesabı ilə yekunlaşıb

Bakı. 16 iyun. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa çempionatının B qrupunda bir oyun keçirilib. 

"Report" xəbər verir ki, Lansın "Bollar Delelis" stadionunda İngiltərə və Uels yığmaları qarşılaşıblar.

Azarkeşlər ilk hissənin sonuna üç dəqiqə qalmış qol görüblər. Uelsin heyətində Qaret Beyl cərimə zərbəsindən topu Co Hartın qoruduğu qapıdan keçirib. İlk 45 dəqiqə bu hesabla da başa çatıb.

İkinci hissədə isə İngiltərə yığması aktivlik nümayiş etdirib. 56-cı dəqiqədə Ceyms Vardi, oyuna əlavə olunmuş vaxtın ikinci dəqiqəsində isə Deniyel Sturric rəqib qapısına yol tapıb. Oyun İngiltərənin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə İngiltərə 4 xalla B qrupunun lideri olub. Uels və Slovakiya yığmaları hərəyə 3 xalla 2 və 3-cü pillələri bölüşürlər. Rusiya 1 xalla qrup sonuncusudur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi