Yuxarı

Avropa çempionatında meydan sahibləri açılış oyununda yenə 16 ildən sonra qalib gələ bilib

Bunların ikisində Fransa qələbə qazanıb

Bakı. 11 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatı çərçivəsində qrup turnirinin keçirilməyə başladığı vaxtdan meydan sahibləri açılış matçlarında 9 dəfə iştirak ediblər. "Report"un məlumatına görə, bu qarşılaşmalardan yalnız 3-ü təşkilatçı ölkə üçün uğurlu alınıb.

Ev sahiblərinin hər qələbəsini 16 illik zaman kəsiyi ayırır. 1984 və 2016-cı illərdə Fransa, 2000-ci ildə Belçika qələbə ilə başlayıb.

Qeyd edək ki, açılış oyununda fərqlənənlər arasında sonradan "Neftçi"də çıxış etmiş və klubdan 1 milyon dollar təzminat udan Emil Mpenza da var. O, 2000-ci ildə Belçikaya qələbə qazandıran topu vurubsa, bu dəfə Dimitri Payet eynihesablı qələbədə meydan sahiblərinin ikinci qolunun müəllifi olub. Meydan sahiblərinin ilk dəfə qələbə qazandığı AVRO-1984-də isə yeganə qolu UEFA prezidenti postundan kənarlaşdırılmış Mişel Platini vurub.  

Avropa çempionatının açılış matçları:

İlŞəhərMatçHesabQollar
1980RomaÇexoslovakiya – AFR0:1Rummenige, 57
1984ParisFransa – Danimarka1:0Platini, 78
1988DüsseldorfAFR - İtaliya1:1Breme, 56 - Mançini, 52
1992Stokholmİsveç - Fransa1:1Erikson, 24 - Papen, 59
1996Londonİngiltərə - İsveçrə1:1Şirer, 23 - Türkyılmaz, 83
2000BrüsselBelçika – İsveç2:1Qor, 43. Emil Mpenza, 46 - Mölbü, 53
2004PortuPortuqaliya - Yunanıstan1:2Kriştianu Ronaldu, 90+3 - Karaqunis, 7. Basinas, 51
2008Bazelİsveçrə – Çexiya0:1Sverkoş, 71
2012VarşavaPolşa – Yunanıstan1:1Levandovski, 17 - Salpingidis, 71
2016Sen-DeniFransa – Rumıniya2:1Jiru, 57. Payet, 89 – Stanku, 65

Qeyd edək ki, ilk dəfə final mərhələsində 8 komandanın iştirak etdiyi 1980-ci ildən etibarən qrup oyunları keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi