Yuxarı

​AVRO-2016: Ukrayna və Şimali İrlandiya üçün son şans

Günə B qrupunda keçiriləcək bir oyunla start veriləcək

Bakı. 16 iyun. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa çempionatında daha 3 oyun keçiriləcək. "Report"un məlumatına görə, günə B qrupunda keçiriləcək bir oyunla start veriləcək.

Lans şəhərində yerləşən "Bollar-Delelis" stadionunda İngiltərə və Uels yığmaları qarşılaşacaq. Uels qələbə qazanacağı təqdirdə qrupun son oyununun nəticəsindən asılı olmayaraq növbəti mərhələyə vəsiqəni təmin edəcək. İngiltərə isə qitə turnirində mübarizəni davam etdirmək şanslarını qorumaq üçün qələbə qazanmalıdır. İngiltərə bu görüşdə xal itirəcəyi təqdirdə Slovakiya ilə sonuncu görüşdə mütləq qələbə qazanmalıdır. Əks təqdirdə komanda çempionatdakı çıxışını başa vuracaq. Heyətlərdə zədə və cəzalı futbolçular olmadığından komandalar meydana tam heyətlə çıxacaq.

C qrupunda Ukrayna Şimali İrlandiya yığmasını sınağa çəkəcək. Bu görüşü autsayderlərin qarşılaşması da adlandırmaq olar. Komandaların aktivində xal olmadığından qrupda sonuncu pillələri tutublar. Lionun "Stad de Lion" stadionunda keçiriləcək matçdan qalib ayrılan komanda Fransa macəralarına davam etmək şansını qoruyacaq. Məğlubiyyət isə komandalardan birinin Avropa çempionatında sonuncu formal oyuna çıxmağa vadar edəcək. Komandaların heyətində itki yoxdur.

Qrupun digər matçında liderlər - Almaniya və Polşa komandaları üz-üzə gələcək. 90 dəqiqənin sonunda meydanı 3 xalla tərk edən komanda 1/8 finalda iştirak hüququ qazanacaq. Xalsız qalacaq yığma isə şansını qrup mərhələsinin son oyununda sınamalı olacaq. Digər oyunlarda olduğu kimi bu görüşdə də komandalar meydana tam heyətlə çıxa biləcək.

Avropa çempionatı, qrup mərhələsi

B qrupu

17:00 İngiltərə - Uels
Baş hakim: Feliks Brıx
Yan xətt hakimləri: Mark Borş, Ştefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits
Dördüncü hakim: Matey Yuq (hamısı Almaniya)
Ehtiyat hakim: Robert Vukan (Sloveniya)
Lans. "Bollar Delelis" stadionu

Xal durumu: Uels - 3. Slovakiya - 3. İngiltərə - 1. Rusiya - 1.

C qrupu

20:00 Ukrayna - Şimali İrlandiya
Baş hakim: Pavel Kralovets (Çexiya)
Yan xətt hakimlər: Roman Slışko (Slovakiya), Tomaş Mokruş (Çexiya)
Əlavə köməkçi hakimlər: Petr Ardelyanu, Mixal Patak
Dördüncü hakim: Tasos Sidiropulos
Ehtiyat hakim: Damianos Eftimiadis (hər ikisi Yunanıstan)
Lion, "Lyumler" stadionu

23:00 Almaniya - Polşa
Baş hakim: Byörn Kuypers
Yan xətt hakimləri: Sander van Rökel, Ervin Zeynstra
Əlavə köməkçi hakimlər: Pol van Bökel, Rixard Lisveld
Dördüncü hakim: Daniele Orsato
Ehtiyat hakim: Elenito Di Liberatore (hər ikisi İtaliya)
Sen-Deni. "Stad de Frans"

Xal durumu: Almaniya - 3. Polşa - 3. Şimali İrlandiya - 0. Ukrayna - 0.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi