Yuxarı

AVRO-2016: Uels ¼ final mərhələsinə vəsiqə qazanıb - VİDEO

Komanda 1/8-də Şimali İrlandiyanı məğlub edib

Bakı. 25 iyun. REPORT.AZ/ Bu gün Fransada keçirilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinin oyunlarına start verilib.

"Report" xəbər verir ki, günün ikinci qarşılaşmasında Uels və Şimali İrlandiya komandaları üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma uelslilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 75-ci dəqiqədə Garet Makauley öz qapısına vurub. Beləliklə Uels ¼ finala çıxan tərəf olub.

Uels 1/4 finalda Belçika-Macarıstan cütünün qalibi ilə qarşılaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi