Yuxarı

​AVRO-2016: Macarıstan, İslandiya və Portuqaliya 1/8 finala vəsiqə qazanıb - VİDEO

Portuqaliya qrup üçüncüsü olub

Bakı. 22 iyun. REPORT.AZ/ Fransada keçirilən Avropa çempionatının "F" qrupu çərçivəsində III turun oyunlarına yekun vurulub.

"Report" xəbər verir ki, yaşıl meydanlarda Portuqaliya Macarıstanla, Avstriya isə İslandiya ilə üz-üzə gəlib.

Macarıstan- Portuqaliya matçında 3-3 hesablı nəticə qeydə alınıb və komandalar qrupda müvafiq olaraq 1 və 3-cü yerləri tutmaqla 1/8 final mərhələsinə vəsiqə qazanıblar.

Oyunda Macarıstan Zoltan Gera (19), Balaj Cucakın (47, 55) qolları ilə hesabda irəli çıxsa da, hər dəfə Nani (42), Kristiano Ronaldonun (50, 62) qolları ilə hesabda tarazlıq yaranıb.

Paralel keçən qarşılaşmada İslandiya Avstriyanı son dəqiqələrdə 2:1 hesabı ilə məğlub edərək qrup ikinciliyinə yüksəlib.

Matçda Yon Bedvarsson (18), Arnor Traustason (90) və Alessandro Şopf (60) adını tabloya yazdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi