AVRO-2016: Avstriya yığmasının futbolçusu Portuqaliya ilə matçı buraxacaq

AVRO-2016: Avstriya yığmasının futbolçusu Portuqaliya ilə matçı buraxacaq Yunuzoviç Macarıstanla görüşdə zədələnib
Futbol
16 İyun , 2016 10:11
AVRO-2016: Avstriya yığmasının futbolçusu Portuqaliya ilə matçı buraxacaq

Bakı. 16 iyun. REPORT.AZ/ Avstriya yığmasının futbolçusu Zlatko Yunuzoviç Fransada keçirilən Avropa çempionatında komandasının növbəti oyununu buraxacaq. "Report"un Avstriya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 28 yaşlı yarımmüdafiəçidə sağ ayağının bud nahiyəsindəki bağlarında qırılma aşkarlanıb.

O, zədəni Macarıstana 0:2 hesabı ilə uduzduqları ilk tur qarşılaşmasında alıb. Avstriya növbəti turda Portuqaliya ilə üz-üzə gələcək. Oyun iyunun 18-də keçiriləcək. Komandası qrupdan çıxsa, Yunuzoviç "pley-off" matçlarında oynaya biləcək. 

Son xəbərlər

Orphus sistemi