Yuxarı

AVRO-2016: 1/8 final mərhələsinin daha 3 oyununun təyinatları açıqlanıb

Fransa - İrlandiya oyunu italiyalı hakimlərə tapşırılıb

Bakı. 24 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha 3 oyununa təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, iyunun 26-da keçiriləcək qarşılaşmaları italiyalı, polşalı və serbiyalı referilər idarə edəcək.

AVRO-2016, 1/8 final

17:00. Fransa - İrlandiya

Baş hakim: Nikola Ritsoli

Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini

Əlavə köməkçi-hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)

Dördüncü hakim: Aleksey Kulbakov

Ehtiyat köməkçi-hakim: Vitali Malyutsin (hər ikisi Belarus)

Hakim-inspektor: Bo Karlsson (İsveç)

UEFA nümayəndəsi: Martin Sturkenbum (Hollandiya)

Lion, şəhər stadionu

20:00. Almaniya - Slovakiya

Baş hakim: Şimon Martsinyak

Yan xətt hakimləri: Pavel Sokolnitski, Tomaş Litskeviç

Əlavə köməkçi-hakimlər: Pavel Raçkovski, Tomaş Musyal (hamısı Polşa)

Dördüncü hakim: Byörn Kuypers

Ehtiyat köməkçi-hakim: Ervin Zeinstra (hər ikisi Hollandiya)

Hakim-inspektor: Devid Ellerey (İngiltərə)

UEFA nümayəndəsi: Adonis Prokopyu (Kipr)

Lill, "Pyer Moro" stadionu

23:00. Macarıstan - Belçika

Baş hakim: Milorad Majiç

Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Curceviç

Əlavə köməkçi-hakimlər: Danilo Qruyiç, Nenad Cokiç (hamısı Serbiya)

Dördüncü hakim: Yonas Eriksson

Ehtiyat köməkçi-hakim: Daniel Varnmark (hər ikisi İsveç)

Hakim-inspektor: Yaap Uilenberq (Hollandiya)

UEFA nümayəndəsi: Ales Zavril (Sloveniya)

Tuluza, şəhər stadionu

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi