Türkiyənin fındıq ixracından gəliri azalıb

ASK
  • 03 noyabr, 2018
  • 11:45
Türkiyənin fındıq ixracından gəliri azalıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu ilin sentyabr-oktyabr aylarında Türkiyə, təxminən, 58 min ton fındıq ləpəsi ixrac edib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhsulun hər tonu, təxminən, 5 400 ABŞ dollarına realizə edilib.

Son nəticədə ölkə 2 ay ərzində fındıq ixracından, təxminən, 315 mln. dollar gəlir əldə edib.

Türkiyə istehsalı olan fındığın 45 min tonunu Avropa İttifaqı (Aİ) ölkələri, 4 min tonunu Aİ-yə daxil olmayan qitə ölkələri, 9 min tonunu isə digər ölkələr idxal edib.

Xatırladaq ki, ötən ilin eyni dövründə qonşu ölkə 65 min ton fındıq ləpəsi ixrac edərək 426,5 mln. dollar gəlir əldə etmişdi. 

44 filmi