Tuğ üzümündən yeni şərab fevral ayında hazır olacaq

ASK
  • 08 oktyabr, 2021
  • 14:30
Tuğ üzümündən yeni şərab fevral ayında hazır olacaq

"Xocavənd rayonunun azad edilmiş Tuğ kəndində becərilən üzümdən yeni şərab gələn ilin fevral ayında hazır olacaq".

Bunu “Report”a “AzGranata”nın moldovalı texnoloqu Viktor Bankov bildirib.

Ekspertin dediyinə görə, Moldovanın bir çox şərab müəssisələri Azərbaycandakı müəssisələrlə təcrübə mübadiləsinə hazırdır:

“Azərbaycan iş adamları təcrübə mübadiləsi aparmaq, özünəməxsus cəhətlərə malik yerli məhsul ərsəyə gətirmək üçün xarici ölkələrdən şərab ustalarını dəvət edirlər. Bu, çox düzgündür”.

Bu gün “AzGranata” azad edilmiş bölgələrimizdə yetişən üzümdən də şərab məhsulları hazırlamağa başlayıb. “Bu il biz Xocavənd rayonunun Tuğ kəndində becərilən üzümün hindoqnı (hindogny) növündən ilk şərabı hazırlamışıq. Fevral ayında “Rose Hindogny”, yayda isə çox güman ki, “Red Hindogny” şərabından dada biləcəyik” – deyə moldovalı ekspert qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti