Azərbaycanda kənd təsərrüfatı sektorunda qadınların iştirakına çox az diqqət yetirilir.
"Report" xəbər verir, bunu "Woman Farmer" Fondunun idarəedici direktoru Sonya Paiva "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 3-cü günündə bildirib.
Onun sözlərinə görə, iş yerlərinin yaradılması, iqlim, su ehtiyatları kimi məsələlər kənd təsərrüfatı sektoru ətrafında cəmləşir və buna görə də məhz bu sahəyə diqqət yetirmək lazımdır.
"Burada əsas məsələ qadınlar, xüsusilə gənc qadınlarla bağlıdır. Onların ixtisaslaşmış bacarıqlarının olması çox vacibdir. Çünki Azərbaycanda kənd təsərrüfatı sektorunda qadınların iştirakına çox az diqqət yetirilir. Onlar üçün xüsusilə də "yaşıl bacarıq"lar ekosistemi ilə bağlı üstünlükləri görə bilmələri üçün platforma yaradılmalıdır. Bu istiqamətdə məsələlərlə məşğul olmaq vacibdir", - S. Paiv qeyd edib.