Bakı. 2 iyun. REPORT.AZ/
Nazirlikdən "Report"a verilən məlumata görə, əsas üstünlük ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması, cins heyvandarlıq, taxılçılıq və bağçılıq təsərrüfatlarının yaradılması, çörək və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması istiqamətləridə olan investisiya layihələrinə veriləcək.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Qeyd edək ki, SKMF mayın 27-də Hacıqabul rayonunda işgüzar forum keçirib.