Sənaye üsulu ilə üzümün yetişdirilməsində yenilik

Sənaye üsulu ilə üzümün yetişdirilməsində yenilik 17-ci “Caspian Agro” Beynəlxalq Kənd Təsərrüfatı sərgisində Postsovet məkanında ilk dəfə olaraq ölkəmizdə üzümün mexaniki üsulla becərilməsi və yığılması texnologiyası nümayiş etdirilir.
ASK
17 May , 2024 09:43
Sənaye üsulu ilə üzümün yetişdirilməsində yenilik

17-ci “Caspian Agro” Beynəlxalq Kənd Təsərrüfatı sərgisində Postsovet məkanında ilk dəfə olaraq ölkəmizdə üzümün mexaniki üsulla becərilməsi və yığılması texnologiyası nümayiş etdirilir. Qlobal kənd təsərrüfatı texnika markası olan “New Holland” “Braud 9090X” modelli üzümyığan kombaynları ilə Azərbaycanda üzümçülük və şərab emalı sənayesində bir ilkə imza atıb.

“Braud” kombaynları sənaye üsulu ilə yetişdirilmiş üzüm bağlarında istifadə edilir. Müasir intesiv bağlarda məhsuldarlıq yüksək, məhsul yığımı mövsümü isə qısa olduğundan yığımın mexaniki üsulla həyata keçirilməsi daha səmərəlidir. “New Holland” kombaynları artıq sizə minimum vaxtda maksimum yığım əldə etmək imkanı yaradır”, - deyə “New Holland” şirkətinin regional direktoru Styuart Kempbell bildirib.

S. Kempbell qeyd edib ki, “Braud” kombaynları bütün üzüm növlərində məhsuldarlığı optimallaşdırmaqda xüsusi rol oynayır: “IntelliView III” toxunma ekranı ilə inteqrasiya olunmuş intellektual idarəetmə sistemi bütün əsas kombayn funksiyalarına tam girişi təmin edir. Onu da qeyd edim ki, texnika sadəcə 8 saat ərzində 198 ton üzüm yığmaqla rekorda imza atıb. Bu da yeni texnologiyanın ənənəvi yollarla həyata keçirilən üzümyığımı ilə olan fərqinə əyani sübutdur. “Braud” kombaynı hər hektara 8-12 ton 99 faizi tullantılardan təmizlənmiş saf məhsul əldə etmək potensialına malikdir”.

Onu da vurğulayaq ki, fermerlər kombaynı 40 % dövlət subsidiyası, faizsiz və sərfəli lizinq şərtləri ilə “traktor.az” vasitəsilə əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi