Rusiyadan Azərbaycana quş ətinin idxalı şərtləri razılaşdırılıb

Rusiyadan Azərbaycana quş ətinin idxalı şərtləri razılaşdırılıb Azərbaycan Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti razılıq əldə olunub
ASK
28 Sentyabr , 2017 15:23
Rusiyadan Azərbaycana quş ətinin idxalı şərtləri razılaşdırılıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) və Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti (BFNX) bu ölkədən quş ətinin idxalına dair şərtləri razılaşdırıb.

DBNX bildirib ki, Rusiya quşçuluq məhsullarının tədarükü zamanı ölkənin zərərli heyvan xəstəlikləri (regionlaşdırma prinsipi) üzrə regionlarının statusunun müəyyən edilməsinə dair qərara əməl etməyə hazırdır.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla əlaqədar olaraq, Rusiyadan Azərbaycana quşçuluq məhsullarının ixracına nəzarətdə olan mallar (diri quş, inkubasiya yumurtası, genetik materiallar, termik emaldan keçməmiş, quş qripi virusunun dağılmasına zəmanət verən quşçuluq məhsulları) yüksəkpatogenli quş qripi üzrə "əlverişli" statusuna malik ərazilərdə əldə edilib və istehsal olunduqları halda icazə verilir.

Termik emaldan keçməmiş, quş qripi virusunun dağılmasına zəmanət verən quşçuluq məhsullarının tədarükü ancaq quş qripi üzrə "əlverişli" statusuna malik ərazilərdə saxlanılan və yetişdirilən quşdan keçdiyi halda mümkündür.

Diri quşun üçüncü ölkənin ərazisinə aparılması ancaq marşrut istiqamətinin quş qripi üzrə "əlverişsiz" statusa malik ərazilərdən keçməyəcəyi halda icazə verilir.

Son xəbərlər

Orphus sistemi