Rusiyanın kənd təsərrüfatı mütəxəssisləri Azərbaycana yoxlanışa gəlir

Rusiyanın kənd təsərrüfatı mütəxəssisləri Azərbaycana yoxlanışa gəlir Onlar məhsulların istehsal olunduğu və saxlandığı ərazilərdə olacaq, fitosanitar sertifikatlaşdırma sistemi ilə tanış olacaqlar
ASK
11 Mart , 2016 19:03
Rusiyanın kənd təsərrüfatı mütəxəssisləri Azərbaycana yoxlanışa gəlir

Bakı. 11 mart. REPORT.AZ/ Abxaziya, Misir, Mərakeş, İordaniya və Seneqaldan tomat məhsullarının Rusiya ərazisinə idxalının kəskin artmasından yaranan şübhəylə bağlı veterenar və fitosanitar xidməti həmin ölkələrin səfirliklərinə 14-15 mart tarixlərində həmin məsələ ilə bağlı telefon danışıqları aparılması üçün müraciət edib. 

"Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, həmçinin 14-18 mart tarixlərində Rusiya Kənd Təsəsrrüfatına Nəzarət Orqanının nümayəndə heyəti Azərbaycana səfər edəcək. Səfər çərçivəsində mütəxəssislər məhsulların istehsal olunduğu və saxlandığı ərazilərdə olacaq, fitosanitar sertifikatlaşdırma sistemi ilə tanış olacaqlar.  

Son xəbərlər

Orphus sistemi