Qurban Bayramı ilə əlaqədar Bakıda qurbanlıq heyvanların satışı təşkil olunacaq

Qurban Bayramı ilə əlaqədar Bakıda qurbanlıq heyvanların satışı təşkil olunacaq Bu, əhalinin tələbatının daha dolğun ödənilməsi və süni qiymət artımının qarşısının alınması məqsədilə təşkil edilir
ASK
23 Sentyabr , 2014 09:49
Qurban Bayramı ilə əlaqədar Bakıda qurbanlıq heyvanların satışı təşkil olunacaq
Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfat Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti qarşıdan gələn Qurban Bayramı ilə əlaqədar paytaxt ərazisində daha ucuz qurbanlıq heyvanların satışını təşkil edəcək.

İqtisadiyyat və Sənaye Nazirliyindən "Report"a verilən məlumata görə, Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışı təşkil olunacaq.

Qeyd edək ki, satış yerlərinin ünvanları barədə əlavə məlumat nazirlik tərəfindən veriləcək.

Qurban Bayramı bu il oktyabrın 5-6-da qeyd olunacaq.

Son xəbərlər

Orphus sistemi