Qubadlıda SSRİ dövrü ilə müqayisədə üç dəfə böyük ərazidə taxıl əkiləcək

Qubadlıda SSRİ dövrü ilə müqayisədə üç dəfə böyük ərazidə taxıl əkiləcək "Bu il Qubadlı rayonunda 9 min hektar ərazidə taxıl əkiləcək. Bu da SSRİ dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur. Həmin illərdə rayonda taxıl sahələri 3,4 hektar ərazini əhatə edirdi".
ASK
26 Oktyabr , 2021 11:23
Qubadlıda SSRİ dövrü ilə müqayisədə üç dəfə böyük ərazidə taxıl əkiləcək

"Bu il Qubadlı rayonunda 9 min hektar ərazidə taxıl əkiləcək. Bu da SSRİ dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur. Həmin illərdə rayonda taxıl sahələri 3,4 min hektar ərazini əhatə edirdi".

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov bildirib.

Bundan başqa, onun sözlərinə görə, Qubadlıda yenidən şəkər və yem çuğundurunun da əkilməsi nəzərdə tutulub.

"Rayon işğaldan azad edildikdən sonra orada müəyyən işlər görülüb, mövcud bağlara qulluq edilib, hazırda isə payızlıq taxıl əkininə hazırlıq gedir. Ötən təsərrüfat ilində ilkin olaraq müəyyən araşdırmalar və qiymətləndirmələr aparılıb, torpaqların vəziyyəti qiymətləndirilib, taxılla yanaşı şəkər və yem çuğunduru əklilib. Bu il də bu işlərin görülməsi planlaşdırılır", - İ.Cümşüdov deyib.

Son xəbərlər

Orphus sistemi