“Pegasus” Alanyadan Bakıya uçuşlara başlayır

“Pegasus” Alanyadan Bakıya uçuşlara başlayır Türkiyənin aşağıbüdcəli aviaşirkəti – “Pegasus” iyunun 19-dan ölkənin kurort bölgəsi Alanyadan Bakıya və əks istiqamətdə uçuşlar həyata keçirəcək
ASK
31 May , 2021 11:56
“Pegasus” Alanyadan Bakıya uçuşlara başlayır

Türkiyənin aşağıbüdcəli aviaşirkəti – “Pegasus” iyunun 19-dan ölkənin kurort bölgəsi Alanyadan Bakıya və əks istiqamətdə uçuşlar həyata keçirəcək.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, uçuşlar həftədə 2 dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək. Təyyarələr Türkiyə vaxtı ilə saat 00:35-də Alanyadan qalxacaq, Azərbaycan vaxtı ilə saat 04:10-da Bakıya enəcək.

Əks istiqamətdə uçuş isə yerli vaxtlarla saat 05:10-dan 07:05-ə qədər baş tutacaq.

Son xəbərlər

Orphus sistemi