Aqrar Tədqiqatlar Mərkəzi: Bu il biz pambıqçılıqda strategiyanı tamamilə dəyişdik

Aqrar Tədqiqatlar Mərkəzi: Bu il biz pambıqçılıqda strategiyanı tamamilə dəyişdik Ölkə ərazisində pambıq sahələrində suvarma problemləri minimal səviyyədədır.
ASK
3 Oktyabr , 2019 11:08
Aqrar Tədqiqatlar Mərkəzi: Bu il biz pambıqçılıqda strategiyanı tamamilə dəyişdik

"Ölkə ərazisində pambıq sahələrində suvarma problemləri minimal səviyyədədır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

O, pambıq sahələrində yaşanmış suvarma problemləri ilə bağlı danışarkən qeyd edib ki, Azərbaycanda pambıqçılığın istehsalında suvarma problemləri ənənəvidir: "Çünki ölkə su resursları ilə məhduddur. Lakin bu il biz pambıqçılıqda strategiyanı tamamilə dəyişdik. Pambıqçılıq üçün nəzərdə tutulmuş 130 min hektar əkin sahəsindən daha uyğun olan təqribən 102 min hektar ərazidə pambıqçılıq təşkil edildi. Sahələrdə suvarma problemləri minimaldır. Bu il ölkədə daha çox pambıq istehsalı gözlənilir".

F.Fikrətzadə pambıqçılığın ilkin emalı ilə bağlı danışarkən deyib ki, pambıqçılığın ilkin mahlıc emalı üzrə infrastruktur formalaşdırmışıq:" Dövlət ilkin emalı üçün infrastruktur formalaşdırıb. Lakin sonrakı emalı üçün bazar iqtisadiyyatı şəraitində özəl sektor qərar verə bilər".

Son xəbərlər

Orphus sistemi