Ötən il “Kənddən şəhərə” yarmarkalarında 1 400-dək fermer məhsulunu satışa çıxarıb

Ötən il “Kənddən şəhərə” yarmarkalarında 1 400-dək fermer məhsulunu satışa çıxarıb 2022-ci ildə Bakı və Abşeronda təşkil olunan “Kənddən şəhərə” həftəsonu yarmarkalarında 48 rayondan 1384 fermer öz məhsulunu satışa çıxarıb.
ASK
26 Yanvar , 2023 15:21
Ötən il “Kənddən şəhərə” yarmarkalarında 1 400-dək fermer məhsulunu satışa çıxarıb

2022-ci ildə Bakı və Abşeronda təşkil olunan “Kənddən şəhərə” həftəsonu yarmarkalarında 48 rayondan 1384 fermer öz məhsulunu satışa çıxarıb.

Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, yarmarkalarda fermerlər tərəfindən alıcılara 100-dən artıq çeşiddə kənd təsərrüfatı məhsulu təqdim olunub.

Bildirilib ki, yarmarkaların təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfarı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir.

“Kənddən şəhərə” yarmarkasında Elekron Kənd Təsərrüfatı İnformasiya Sistemində şəxsi kabineti olan, fəaliyyət növünə uyğun olaraq dövlətdən subsidiya alan fermerlər iştirak edirlər. Yarmarkada iştirak etmək istəyən fermerlər əvvəlcədən qeydiyyatdan keçir, şəxsi məlumatlarını, satmaq istədiyi məhsul barədə qeydləri sistemə daxil edirlər. Fermerin müraciəti əsasında ona öz məhsulunu yarmarkaya gətirmək üçün nəqliyyat vasitəsi ayrılır, məhsulun satış nöqtəsinə ödənişsiz çatdırılması təmin edilir.

Qeyd olunub ki, yarmarkada iştirak edən fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.s) təmin olunurlar.

Son xəbərlər

Orphus sistemi